Bakının azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüş başlayır - FOTO

09:51 15-09-2021 3

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıdakı Türk Şəhidləri abidəsi ziyarət edilir. 

milletinsesi.info-ın məlumatına əsasən, ziyarətdən sonra yürüş planlaşdırılır. 

Yürüşün marşrutu Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur heykəli olacaq.

Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfərlik şəxsi heyəti və hərbi orkestr də iştirak edir. 

Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev