İsrailin müdafiə naziri: İran iki-üç aya nüvə silahına sahib ola bilər

09:30 15-09-2021 5

İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər.

Bu açıqlama ilə İsrailin müdafiə naziri Benni Qantz çıxış edib.

B.Qantz İranın nüvə əldə etmək həddini keçəcəyi təqdirdə bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib.

Nazir onu da əlavə edib ki, ABŞ-ın öz ordusunu Əfqanıstandan çıxarması İran və onun tərəfdarlarını daha inamla hərəkət etməyə imkan yarada bilər.

B.Qantzın sözlərinə görə, rəsmi Tehran o qənaətə gəlməməlidir ki, o, güclü və qətiyyətli olarsa Qərb təslim olacaq.

Mənbə: “Foreign Policy”