Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

07:55 15-09-2021 10

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. O bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar  tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq.

“Bilirsiniz ki, ötən il seçkilərdə mən əsl Donald Trampla rəqabətə girdim”, -deyən Bayden dərhal katoliklərin tərzində xaç çəkib.

Onun bu jesti gülüş doğurub.

Prezident bildirib ki, kaliforniyalı qubernatorun rəqibi Elder Donald Trampın “klonudur”.

Mənbə: “Associated Press”