Farer adalarında qanlı festival: 1500 delfin öldürüldü – FOTO/VİDEO

23:50 14-09-2021 13

Farer adalarında ənənəvi “Grindadrap” ov festivalı keçirilib.

Builki tədbir çərçivəsində həmişəkindən 40 dəfə çox, təxminən 1500 delfin öldürülüb.

Heyvanların kütləvi qətli dəniz sularını qırmızıya boyayıb.

Yerli hakimiyyət hadisənin adaların imicinə mənfi təsir etməsindən ehtiyatlanarkən, ekoloji fəallar baş verənləri hiddətlə qarşılayıblar.

Mənbə: “RİA Novosti”