Çempionlar Liqası sensasiya ilə başladı - VİDEO

23:05 14-09-2021 12

Bu gün UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin ilk qarşılaşmaları keçirilib.

İlk oyun gününə İsveçrənin paytaxtı Bern və İspaniyanın Sevilya şəhərində start verilib.

İspaniyada “Sevilya” Avstriya “Zaltsburq”u ilə minimal hesablı heç-heçə edib.

İsveçrədə isə “Yanq Boyz” və İngiltərə “Mançester Yunayted”i arasındakı görüşdə sensasiya qeydə alınıb. Meydan sahibləri 2:1 hesabıyla əzmkar qələbə qazanıblar.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, “qırmızı şeytanlar”ı azlıqda qoyub. “Yanq Boyz” say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

“Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) 2:1

 
“Sevilya” (İspaniya) – “Zaltsburq” (Avstriya) 1:1