Azərbaycanda bəzi firmalar çörəyin qiymətini bahalaşdırdı

22:21 14-09-2021 15

Azərbaycanda bu gündən çörəyin qiymətində bahalaşma müşahidə olunur.

milletinsesi.info xəbər verir ki, bu, konkret olaraq iki firmanın məhsullarında özünü göstərib: “Çörəkçi” və “Nömrə 1”.

Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.

Qeyd edək ki, sosial şəbəkələrdə də çörəyin qiymətindəki artım müzakirə mövzusuna çevrilib.