Azərbaycandan Rusiyaya alma ixrac edəcək şirkətlərin sayı AÇIQLANDI

18:05 14-09-2021 12

Azərbaycanın daha 11 şirkəti Rusiyaya alma ixrac etməyə icazə alıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında “Rosselxoznadzor” tərəfindən 2021-ci il 14 sentyabr tarixindən daha 11 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Rusiya Federasiyasına alma ixracına icazə verilən müəssisələrin ixrac potensialı 144 767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66 924 ton alma məhsulunun 216 faizi həcmindədir.