DİN-də yeni TƏYİNAT

18:00 14-09-2021 10

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

milletinsesi.info-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Amil Abbasov Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin olunub.

O, bundan əvvəl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi vəzifəsində çalışıb.