Debat zamanı Jirinovskinin şalvarı düşdü - VİDEO

17:36 14-09-2021 17

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin seçki debatında çıxışı zamanı şalvarı düşüb.

Jirinovski “kapitalizmi təşkil edənlər”i tənqid edib.

“Putin kommunistdir, Mişustin kommunistdir. Bütün hökumət nazirləri, bütün qubernatorlar kommunistlərdir”, - dedi və bu vaxt onun şalvarı düşdü.

Jirinovski nitqini dayandırmasa da, şalvarını düzəldə-düzəldə səsini alçaltmaq məcburiyyətində qalıb.

Mənbə: TVC “Telegram” kanalı