SOCAR rəsmisi “Qazprom” şirkəti ilə əməkdaşlıqdan danışdı: “Rusiyadan qaz idxal etmirik”

17:00 14-09-2021 23

Azərbaycan Rusiyadan qaz idxal etmir.

milletinsesi.info-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov İCİS-ə müsahibəsində bildirib.

O bildirib ki, Azərbaycan Rusiyanın “Qazprom” şirkəti də daxil olmaqla, bununla məhdudlaşmadığı üçün qonşu ölkələrlə “swap” və ya “tollinq” əməliyyatlarında iştirak edir:

“Rusiya da daxil olmaqla bütün qaz hasil edən qonşularımızla bu əməliyyatların tətbiqi və ya genişləndirilməsi üzərində işimizi davam etdiririk”.

O əlavə edib ki, SOCAR hidrogenin inkişafına böyük önəm verir və artıq bununla bağlı müvafiq strategiyanın hazırlanması üzərində işləyir:

“Biz hidrogen istehsalı və istifadəsi ilə məşğul olan bir şöbə yaratmışıq və hidrogenin Cənub Qaz Dəhlizi və ya digər mövcud boru kəməri sistemləri vasitəsilə bazarlara nəqli variantlarını fəal şəkildə öyrənirik. Artıq İsveçrədəki bəzi yanacaqdoldurma məntəqələrində hidrogen yanacağı doldurmaq üzərində işləyirik və 2022-ci ildə istismara verilməsini planlaşdırırıq”.

O, SOCAR-ın karbondan təmizləmə işlərinə ciddi yanaşdığını qeyd edib və əlavə edib ki, BP şirkəti ilə birlikdə, fövqəladə hallar istisna olmaqla, bütün obyektlərdə qazın yandırılması dayandırılıb və bütün dəniz əməliyyatları üçün sıfır tullantı siyasəti tətbiq edilib.