50-dən artıq tələbə “166 Logistika Akademiyası-2021” təcrübə proqramına qoşulub

15:45 14-09-2021 11

166 Yükdaşıma və Logistika şirkəti üç ildir ki, ardıcıl olaraq “166 Logistika Akademiyası” təcrübə proqramını həyata keçirir. Bu dəfə seçim mərhələlərində iştirak edən 714 nəfərdən 52 gənc üç aylıq ödənişli təcrübə proqramına qəbul edilib.

İştirakçılar bakalavr və magistr dərəcəsi üzrə təhsil alan gənclər arasından seçilib. Beləliklə, üç ay müddətində təcrübəçilər şirkətin əsas departamentlərində müxtəlif sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər. 
 
Qeyd edək ki, təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər “166 Yükdaşıma və Logistika” şirkətinin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər. 

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb və bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər təcrübə proqramına qəbul olunub. Hazırda müxtəlif departamentlərdə çalışan 24 əməkdaş “166 Logistika Akademiya” təcrübə proqramının iştirakçısı olub.