Koronavirusa yoluxan Səyyad Əlizadə və xanımının son DURUMU

14:30 14-09-2021 10

Səyyad Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə də koronavirusa yoluxub. 

Bu barədə milletinsesi.info-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin həyat yoldaşının vəziyyəti nisbətən yaxşıdır:

“Kəmalə xanımı ötən gün S.Əlizadənin müalicə aldığı Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirdik. Normal palatada müalicə alır. Həkimlər ciyərlərinin soyuqladığını deyir. S.Əlizadənin vəziyyəti isə ağır olaraq qalır”.

Könül Cəfərli