Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər

14:06 14-09-2021 12

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görüləcək tədbirlərə
dəstək olmaq istəyən “Nar” abunəçiləri üçün “Qarabağ Dirçəliş Fondu”na balanslarından birbaşa
ianə etmək imkanı yaradılıb. Abunəçilər 1, 3, 5, 10, 20 və 50 AZN məbləğlərindən birini seçməklə
ianə etmək istədikləri məbləğin müvafiq rəqəmini “8112” qısa nömrəsinə SMS göndərə bilərlər.
SMS göndərildikdən dərhal sonra istifadəçiyə cavab olaraq ödənişin statusu ilə bağlı məlumat
göndəriləcək.
Qeyd edək ki, balansdan yalnız ianə olunan məbləğ çıxılacaq və göndərilən hər SMS ödənişsizdir.
Hər bir abunəçi bir neçə dəfə fərqli məbləğdə ianə edə bilər. Daha ətraflı məlumatı
https://www.nar.az/qarabag-dirchelish-fonduna-destek/ rəsmi səhifəsindən əldə edə bilərsiniz.
“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il
tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və
yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi
göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını
təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik
hüquqi şəxsdir. (https://qdf.gov.az/)
Qeyd edək ki, “Qarabağ Dirçəliş Fonduna” digər platformalar vasitəsilə də ianə etmək mümkündür.
Ətraflı: https://qdf.gov.az/iane-et/.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-
dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.