Sumqayıtı cənginə alan qara tüstü ilə bağlı nazirlikdən AÇIQLAMA - VİDEO

13:50 14-09-2021 13

Ötən gün Sumqayıt yenə qara tüstüyə bürünmüşdü. 

milletinsesi.info xəbər verir ki, ilkin məlumatlara görə, tüstü şəhərdə fəaliyyət göstərən zavodlardan birinin fəaliyyəti ilə bağlı olub. 

Sumqayıtda havaya tüstünün buraxılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə milletinsesi.info-ın sorğusuna münasibət bildirərkən havaya tüstünün atılması ilə bağlı araşdırma aparıldığını deyib:

“Kimya sənayesi müəssisələrində təəssüf ki, bu kimi hallar texnoloji qəza zamanı vaxtaşırı müşahidə edilir. Sözügedən məsələ ilə bağlı Sumqayıt regional ekologiya idarəsi tərəfindən araşdırma aparılır”.