Sürücülük vəsiqəsi almaqda vətəndaşlara yardım edəcəyini deyən dələduz SAXLANIDLI

13:00 14-09-2021 11

Salyanda dələduzluq edən şəxs müəyyən olunub.

Bu barədə Daxili İşlər Naziriliyi məlumat yayıb.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin may ayından sentyabr ayınadək olan müddətdə beş nəfəri aldadıb (sürücülük vəsiqəsi və sosial yardım düzəldəcəyi adı ilə) onlardan ümumilikdə 6 250 manat almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.