Bakı küçələrində təəssüf doğuran mənzərə: Cırılmış, solmuş bayraqlar - FOTOREPORTAJ

12:50 14-09-2021 8

Şəhərdə gəzərkən diqqət çəkən və insanı qürurlandıran binaların üzərində, küçədə dalğalanan üçrəngli bayrağımızdır.

Ötən il Vətən müharibəsi ərəfəsində istər yaşayış binalarında, istər küçələrdə asılan üçrəngli bayraqlar insanların ölkənin əsas simvollarından birinə nə dərəcədə önəm verdiyini bir daha sübut etdi.

Lakin təəssüf ki, bu gün həmin bayraqların vəziyyəti ürəkaçan deyil.

milletinsesi.info-ın fotoqrafının obyektivinə tuş gələn üçrəngli bayraqlar ya rəngləri solmuş, ya cırılmış vəziyyətdədir.

Bu məsələdə diqqətli və həssas davranılması daha məqsədəuyğun olardı.

Fotolar barədə şərhi oxucularımızın öhdəsinə buraxırıq.