Gorus-Qafan yolunda kamera quraşdırılması ilə bağlı DİN-dən AÇIQLAMA

12:30 14-09-2021 14

Ötən gün erməni mətbuatında Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan tərəfinin kameralar yerləşdirdiyinə dair məlumatlar paylaşılıb.

milletinsesi.info yayılan məlumatlara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə təyin olunan polis postları xidmətin tələbinə və qarşıda duran vəzifələrin icrasına uyğun olaraq təchiz edilir.