Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

12:10 14-09-2021 13

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq.

Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün “Instagram” səhifəsində bildirib.

Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır. Onun səhhəti bir-iki gün ərzində adi palataya köçürülməsinə imkan verir, bundan sonra isə o, evinə göndəriləcək.

Qeyd edək ki, sentyabrın 6-da Pele . Onun yoğun bağırsağında şiş aşkarlanmışdı.