Kabil aeroportuna ilk beynəlxalq kommersiya uçuşu baş tutub

04:25 14-09-2021 22

Əfqanıstanın Kabil aeroportuna ABŞ qoşunlarının geri çəkilməsindən sonra ilk beynəlxalq kommersiya reysi enib.

Uçuş Pakistan beynəlxalq hava yolları tərəfindən həyata keçirilib. Hava gəmisində on nəfərdən çox adam olmayıb.

Bu ayın əvvəlində Qətər və Türkiyədən olan mütəxəssislər əfqanıstanlı mütəxəssislərlə birlikdə Kabil hava limanını yenidən qurmağa başlayıblar. Xüsusilə, Qətər Əfqanıstana baqaj və sərnişinlərin yoxlanılması üçün kompüter və skanerlər göndərib.

Qeyd edək ki, sentyabrın 9-da Kabil hava limanından ilk kommersiya reysi Qətərin paytaxtı Dohaya yola düşüb.

Mənbə: “Agence France-Presse”