“Əl-Qaidə” terror qrupunun rəhbəri 11 sentyabr hadisələrinin ildönümü ilə bağlı müraciət edib - VİDEO

00:20 14-09-2021 15

“Əl-Qaidə” terror qrupunun rəhbəri Ayman əl-Zəvahiri ABŞ-da törədilən terror aktlarının 20-ci ildönümündə video müraciət edib.

Bu barədə ekstremistlərin informasiya fəaliyyətini izləyən ABŞ-ın “SITE Intelligence Group” şirkəti məlumat yayıb.

Əl-Zəvahiri video mesajında ​​2019-cu ilin dekabrında Floridada hərbi bazada üç nəfəri güllələyən Səudiyyə Ərəbistanı əsgəri Məhəmməd Səid əl-Şamranini “tərifləyir”. Bundan əlavə, təşkilat lideri müraciət zamanı Qüdsün heç vaxt yəhudiləşdirilməyəcəyini bəyan edib.

Qeyd edək ki, bundan əvvəl MKİ-nin keçmiş rəhbəri vəzifəsini icra edən Maykl Morell Əl-Zəvahirinin Əfqanıstanda olduğunu, “Taliban” üzvlərinin onu gizlətdiyini demişdi.