Avropada mavi yanacağın qiyməti dayanmadan yüksəlir

22:25 13-09-2021 16

Avropada bazarlarında təbii qazın qiyməti dayanmadan artır.

Xeyli müddətdir rekordları sıralayan göstərici bu gün daha bir “tarixi zirvəni” fəth edib. Belə ki, Niderland TTF birjasının 13 sentyabr ticarət sessiyasında oktyabrda tədarük ediləcək 1000 kubmetr mavi yanacağın dəyəri 750 dollar həddini aşaraq, 751.17 dollaradək bahalaşıb.

Ekspertlər təbii qazın qiymətinin 1000 dollaradək arta biləcəyini istisna etmirlər.

Mənbə: TASS