Təhsil Nazirliyinin tabeliyindəki qurumların sayı artırılıb

19:25 13-09-2021 13

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, Təhsil Tələbə Krediti Fondu Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.