İran nüvə danışıqlarına qayıdır

18:05 13-09-2021 14

İran rəsmiləri tezliklə Avstriyanın paytaxtında nüvə anlaşması ilə bağlı danışıqlara başlayacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə məlumat yayıb.

“Hökumət tezliklə Vyanada danışıqlara başlayacaq. Biz mümkün olduğu qədər bu məsələni gecikdirməməyə çalışırıq”, - deyə iranlı diplomat vurğulayıb.

Səid Xətibzadə əlavə edib ki, rəsmi Tehran tərəflərin Vyanada məsələnin həllinə real yanaşacaqlarını gözləyir.