Bakıda avtomobil motosikletçini vurdu - ANBAAN VİDEO

17:50 13-09-2021 13

Bakıda “Mercedes-Benz” markalı avtomobil motosikletçini vurub.

milletinsesi.info xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkədə paylaşılıb. Görüntülər hadisənin baş verdiyi ərazidən keçən nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb. 

Belə ki, yol-nəqliyyat hadisəsi ötən gün axşam saat 20:47 radələrində Bakıda qeydə alınıb. “Mercedes-Benz” markalı avtomobil yol ayrıcında motosikletçini vurub. Zərbənin gücündən motosikleti idarə edən sürücü piyada səkisinə düşüb. 

Həmin videonu təqdim edirik: