“TurAz Şahini-2021” birgə təlimlərində pilotlar müxtəlif ssenarilər üzrə məşq etdirilir - FOTO/VİDEO

17:25 13-09-2021 10

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilən marşrutlar üzrə yerinə yetirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif ssenarilər üzrə məşq etdirilir.

Ssenarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.