Qarabağ ermənisi: “Artsax” sözü ümumiyyətlə səsləndirilməməlidir”

17:15 13-09-2021 14

“Nikol Paşinyan indi düzgün istiqamətdə hərəkət edir. Onun əsas səhvi bu əraziləri sülh yolu ilə Azərbaycana verməməsi idi ki, bu da öz növbəsində müharibəyə gətirib çıxardı və insanların ölümünə səbəb oldu”.

Bu sözləri açıqlamasında Ermənistan parlamentində Paşinyanın partiyasını təmsil edən deputatların parlament komissiyasının adını “Artsax” adlandırmağın əleyhinə səs verməsini şərh edən Qarabağ erməniləri hərəkatının rəhbəri Artur Ağacanov söyləyib.

Artur Ağacanov bildirib ki, “Artsax” sözü ümumiyyətlə səsləndirilməməlidir:

“Qarabağ var. Və mən bu barədə hər zaman, həmçinin öz “YouTube” kanalımdakı proqramlarda da danışmışam. İnsanların (Ermənistanda – red.) böyük əksəriyyəti başa düşür ki, bugünkü reallıqla yaşamaq lazımdır və müxalifətin təxribatlarına getmək doğru yol deyil”.