Pakistanda təbii fəlakət çox sayda can aldı

15:55 13-09-2021 12

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində güclü leysan yağışları səbəbilə yaşayış binalarının uçması nəticəsində azı 20 nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə Torqar rayonunda və Abbotabad şəhərində baş verib. Qurbanların əksəriyyəti qadın və uşaqlardır.

Pakistanın şimal-qərbində leysan şənbə axşamından etibarən davam edir. Şiddətli yağışlar Xayber-Paxtunxva əyalətində çoxsaylı torpaq sürüşmələrinə və daşqınlara səbəb olub, ucqar bölgələrdəki yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrini kəsib.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün zərər çəkmiş bölgələrə xilasetmə qrupları və mühəndis texnikası göndərilib.

Mənbə: TASS