Konor Makqreqor Meqan Foksun ərinə hücum etdi - FOTO/VİDEO

15:25 13-09-2021 16

ABŞ-ın Nyu-York ştatında ənənəvi olaraq keçirilən “MTV Video Music Awards” (MTV Video Musiqi Mükafatları) tədbirində xoşagəlməz yaşanıb.

Belə ki, tədbirə aparıcı kimi dəvət olunan irlandiyalı qarışıq döyüş (MMA) ustası Konor Makqreqor amerikalı aktrisa və model Meqan Foksun əri, rep ifaçısı “Machine Gun Kelly”yə gözlənilmədən yumruq atıb.

İdmançı musiqiçiyə hücum çəkib, üstünə qışqırıb və onu vurmaq istəyib, ancaq mühafizəçilər onun bu istəyinin qarşısını ala biliblər.

Bir müddət sonra məşhurların qəfil qarşıdurmasının səbəbi məlum olub.

İddiaya görə, Makqreqor ulduzla şəkil çəkdirmək istəyib, lakin “Machine Gun Kelly”nin komandası tələbi rədd edib. Bu döyüşçünün qüruruna toxunub və onu döymək istəyib. Ancaq mühafizəçilər buna imkan verməyiblər.

Mənbə: “The Sun”