Gənclər təşkilatlarının nümayəndələri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

15:10 13-09-2021 9

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər çərçivəsində Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib.

milletinsesi.info-ın məlumatına görə, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə onlara məlumatlar verilib.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

İlhamə Əbülfət