Bakıda qəza yolda sıxlıq yaratdı - FOTO

15:05 13-09-2021 12

Bakıda yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Heydər Əliyev prospekti Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Sıxlıq Milli Gimnastika Arenasının qarşısında baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.