Gənclər təşkilatlarının nümayəndələri Cıdır düzündə - FOTO

13:55 13-09-2021 10

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri çərçivəsində Cıdır düzünü ziyarət ediblər.

milletinsesi.info-ın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsinin Cıdır düzünü ziyarəti zamanı onlara onlara Vətən müharibəsi zamanı Şuşada gedən döyüşlər barədə məlumat verilib. 

Qəhrəman əsgərlərimizin Vətən müharibəsində çətin dağlardan keçərək düşmənlə üzbəüz vuruşmasından, Azərbaycanın mədəniyyət paytaxtının erməni vandallarından necə azad edilməsi barədə danışılıb.

İlhamə Əbülfət

Foto: Tapdıq Abdullayev