“Azərişıq”da yeni TƏYİNAT

13:25 13-09-2021 10

“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, Biləcəri Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) enerji satışı şöbəsinin rəisi Seyfəddin Qərib oğlu Abdullayev vəzifəsindən azad edilib.

O, “Azərenerji” ASC-də Tikinti və Satınalma məsələləri üzrə şöbəyə rəis müavini vəzifəsinə təyin edilib.

Biləcəri Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) enerji satışı şöbəsinin rəisi vəzifəsinə isə Şamil Şahbazov təyinat alıb.

Könül Cəfərli