Azərbaycan iqtisadiyyatı nə qədər böyüyüb? - RƏSMİ

13:10 13-09-2021 16

2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 730 200 000 manatlıq ümumi daxili məhsul istehsal olunub.

milletinsesi.info-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox olub.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,7 faiz artıb.

ÜDM istehsalının 40,4 faizi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 466,1 manata bərabər olub.