“Toyota” tam yeni “Land Cruiser”i təqdim edir - FOTO

11:45 13-09-2021 12

• “Toyota”nın yeni “Land Cruiser” flaqmanı, iyun ayının əvvəlində dünya premyerasında tanıdıldı

• Yeni model, “Land Cruiser”in 70 illik keçmişinə və dünya miqyasında gerçəkləşən 10 milyondan çox satışına əsaslanır

• “İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” xüsusiyyətini “Toyota” ən son versiyası ilə daha da irəliyə aparır

• “Land Cruiser”in “etibarlılıq, davamlılıq və yolsuzluq performansı” kimi mahiyyətləri gücləndirildi

• Tamamilə yeni avtomobil: yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiya, yeni asqı sistemi və yeni xarici və daxili dizayn

• 2007-ci ildə bazara girən 200 seriyasından sonra ilk yeni “SW Land Cruiser”

• Yeni modelin satışının başlanğıc tarixi 2021-ci ilin iyul ayı üçün nəzərdə tutulur

70 ili əhatə edən nailiyyət mirası, 170 ölkə və regionda 10 milyondan çox satışı ilə “Toyota Land Cruiser”in bir avtomobil əfsanəsi olduğu hər kəsin qəbul etdiyi bir faktdır. “İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” “Toyota”nın qürurla təkrar etdiyi şüardır. 

“Land Cruiser” (300 Seriyası), 2007-ci ildə LC200 buraxılışından sonra tanıdılan ilk yeni “Land Cruiser SW” modelidir, həm də yolsuzluq (SUV) seriyasının yeni flaqmanıdır. Ona gətirilən dəyişikliklərin keçmişdə bənzəri yoxdur.

“Toyota”, yeni LC300 ilə Keyfiyyət, Davamlılıq və Etibarlılıq (QDR) göstəricilərini daha da yaxşılaşdıraraq və yolsuzluq performansı, yoldakı gücü ilə getdikləri yolun şəraitindən asılı olmayaraq sürücülərin rahat irəliləmələrini təmin edir.

Mühərriklər, transmissiya və platformanın hamısı yenidir: həm yolda həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanmışdır. İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) “Land Cruiser”in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir.

Toyota bu hədəfi nəzərə alaraq, ilk gövdədə-korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (“Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir. GA-F platforması, fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən, gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir. Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer ilə interyer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır.

Korpus, çəkini azaltmaq və möhkəmliyi artırmaq üçün yenidən dizayn edilmişdir: ümumiyyətlə yeni “Land Cruiser” əvvəlkindən 200 kq yüngüldür. Yeni asqı sistemləri tətbiq olunub: performans sərt “Dakar Ralli” təcrübəsi olan və digər usta sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilib. Məqsəd yalnız yüksək qabiliyyətli deyil, eyni zamanda sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq idi.

Fokus sahələri təkərlərin optimal balanslaşdırılmasına nail olmaq üçün asqı performansının tənzimlənməsi, təkərlərin zəminlə təmasda qalması və dünyada bir ilk olan Elektron Kinetik Dinamik Asqı Sistemi ilə yol tutuşunu yaxşılaşdırmaqdır. Yeni LC300, sürücünü dərhal avtomobilin ətrafının və təkərlərin mövqeyini əhatə edən yol səthinin real vaxt görünüşü ilə təmin edən “3D Multi-Terrain Monitor” tətbiq edən ilk “Toyota”dır. “Multi-Terrain Select” sistemi sürücüyə ən uyğun sürüş rejimini səthin keyfiyyətini avtomatik olaraq qiymətləndirərək təqdim edir.

Sürücülük dinamikası və idarəetmə sahəsindəki irəliləyişlər yeni V6 qoşa turbo mühərriklər tərəfindən dəstəklənir (3,5 litrlik benzin və 3,3 litrlik dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanmışdır. Yanacaq istehlakında azalma və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10%  azalmasına kömək edən 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur.

Mühəndislik sahəsindəki irəliləyişlər, modelin irsinə və statusuna sadiq qalaraq həm yeni dizayna uyğun hala gətirilir, həm də yeni bir “funksional gözəllik” konsepsiyasını əks etdirir. “Land Cruiser”in özünəməxsus, təmiz xətləri ilə yolsuzluq avtomobilinin (SUV-un) gücünü daha yüksək incəlik və kamilliklə əlaqələndirir. Kabin gedilən yol şəraitinin nə qədər sərt olmasından asılı olmayaraq sürücü və sərnişinləri rahat və təhlükəsiz hiss edə biləcəkləri daha yüksək səviyyədə həssaslıqla təmin edir. Yolsuzluq şəraitində hərəkət edərkən avtomobili dəqiq bir şəkildə təyin etmə qabiliyyəti ilə yeni “Land Cruiser”, cari SW modelinin ölçülərini, ümumi uzunluq və enini, təkər bazasını, hərəkətə keçmə və yaxınlaşma bucaqları da daxil olmaqla qoruyur.

Avtomobilin konstruksiyasının özünəməxsus möhkəmliyindən və çətin şərtlərdə təhlükəsiz sürücülük üçün inkişaf etdirilmiş sistemlərindən tutmuş ikinci nəsil “Toyota Safety Sense” tərəfindən təmin edilən əlavə və təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücü yardım sistemlərinə qədər təhlükəsizlikdə əhəmiyyətli irəliləyişlər var. Qəza əleyhinə sistemin (“Pre-Collision System”) qəzadan yayınmağa kömək etmə qabiliyyəti artırılıb. Yeni LC300, dayanacaqda yavaşca hərəkət edərkən və park yerində geri gedərkən, nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşarkən avtomobilin qarşısındakı və arxasındakı maneələri tanıyan yeni Park Dəstək Əyləci (“Parking Support Brake”) ilə təchiz edilib.

“Land Cruiser”in İrsi

“Land Cruiser”, 70 ildir etibarlı və təhlükəsiz bir performans təqdim etməklə qürurverici bir tarixə sahibdir. Onun tarixi, Fuji dağının yamaclarındakı altıncı nəzarət nöqtəsinə qalxan ilk vasitə olaraq çətin şərtlərlə mübarizə qabiliyyətini nümayiş etdirən, 1951-ci il orijinal “Toyota BJ” modelinə gedib çatır. Gücünü sübut edərək Yaponiyada bir polis patrul maşını olaraq da istifadə edildi.

Bu, “Land Cruiser”in etibarlı və təhlükəsiz performans təmin etmək ənənəsinin başlanğıcı idi: “Toyota”nın bu gün mobillik şirkəti statusunun əsası sayıla biləcək bir ənənə. “Land Cruiser”in yüksək etibarlılıq, dayanıqlılıq və yolsuzluq performansı üzərində qurulmuş şöhrəti qlobal toplam satışları ilə təqribən 10,4 milyona* çatıb.

Bu keyfiyyətlər “Land Cruiser”i ucqar bölgələrdə yaşayan insanlar üçün əvəzolunmaz bir vasitə halına gətirib, humanitar yardım və fəlakətlərin aradan qaldırılmasında ilk müraciət edilən bir vasitə olaraq təchiz edib.

* “Lexus GX” və LX modelləri də daxil olmaqla 2020-ci ilin sonuna qədər olan satışlar.

“Land Cruiser”in tarixi

Model

Satış Tarixi Aralıqları

Xüsusiyyətlər

BJ

Avq 1951 – Yan 1965

Yaponiyanın Milli Polis Ehtiyatı üçün hazırlanmış orijinal model. MPE tərəfindən istifadə olunmasa da, Milli Polis Agentliyi tərəfindən bir patrul maşını kimi rəğbət gördü. Fuji dağındakı altıncı nəzarət nöqtəsinə qalxan ilk vasitə idi. Adı 1954-cü ildə Land Cruiser olaraq dəyişdirildi.

20 Seriyası

Noy 1955 – Dek 1959

Mülki istifadə üçün xarici görünüşü yenidən dizayn edilmiş ikinci nəsil bir model. “Land Cruiser”in xaricə ixracatı “Toyota” məhsullarının Yaponiya xaricində keyfiyyətini və davamlılığını nümayiş etdirməsi ilə başladı.

40 Seriyası

Avq 1960 – Okt 1986

Üçüncü nəsil model, “Land Cruiser”in əsas etibarlılığı, davamlılığı və yolsuzluq  performansından bəhrələnən bir nəqliyyat vasitəsi olaraq dünya miqyasında yüksək təqdir və populyarlıq qazandı. Bu populyar model 24 il satıldı və bir çoxu bu gün hələ də istifadədədir.

50 Seriyası

Avq 1967 – İyul 1981

Tamamilə yeni, orijinal dizayna sahib tam təşəkküllü stansiya vaqonu versiyası. Bugünkü 300 seriyasının da sələfidir. Bu model, “Land Cruiser”in əsas xarakterini qoruyaraq daha geniş bir interyer və daha çox rahatlıq təklif edirdi.

60 Seriyası

Avq 1980 – Yan1990

50 Seriyasını izləyən bir SW modeli. Sürüş sabitliyi iki təkər arasındakı genişliyin artırılması ilə daha da yaxşılaşdırıldı və model özəl müştərilərə uyğun daha rahatlıq mərkəzli avadanlıqla təchiz edildi.

70 Seriyası

Noy 1984 – davam edir

Bu gün hələ də inkişaf edən bu ağır-xidmət modeli, 40 Seriyasının davamıdır. 1985-ci ildə, yüngül-xidmət versiyası buraxıldı, 1990-cı ildə də “Prado” tərəfindən davam etdirildi.

80 Seriyası

Okt 1989 – Yan 1998

“Land Cruiser”in yolsuzluq performansını indiyə qədərki ən yüksək səviyyəyə qaldıran stansiya vaqonu modeli. Təchizat və sürüş keyfiyyəti lüks bir vasitənin xüsusiyyətləri ilə birləşdirildi.

90 Seriyası

May 1996 – Okt 2002

Müstəqil ön asqıdan istifadə edən ilk “Land Cruiser”. Bu, yolsuzluq qabiliyyətini də qoruyarkən (ikinci nəsil “Prado”) yolda daha yaxşı performansa və sürüş rahatlığına kömək edən müstəsna bir gövdəyə sahib yüngül xidmət modeli idi.

100 Seriyası

Yan 1998 – Avq 2007

80 Seriyasının davamçısı, müstəqil ön asqıdan istifadə edən ilk stansiya vaqonu modeli idi. Yolsuzluq yaxşılaşdırmaları, yol performansı və sürüş  keyfiyyətindəki inkişaflarla birlikdə lüks bir 4x4 idi.

120 Seriyası

Okt 2002 – Avq 2009

Bu yüngül xidmət modeli yeni yüksək sərtliyə sahib gövdə (ayrı bir gövdə  konstruksiyasından istifadə edən ilk “Land Cruiser”) ilə təchiz edildi və yaxşılaşdırılmış bir yolsuzluq performansı ilə nəticələndi. Elektron idarəetmə sistemləri də tətbiq olunaraq yolda rahatlıq daha da yaxşılaşdırıldı (üçüncü nəsil “Prado”).

150 Seriyası

Sent .2009 – davam edir

Gövdə sərtliyini daha da yaxşılaşdıran və yolsuzluq performansının inkişafı üçün qabaqcıl texnologiyaların tam tətbiq olunduğu yüngül xidmət növü (dördüncü nəsil “Prado”).

200 Seriyası

Sent. 2007 – Bahar 2021

Ayrı bir gövdə quruluşunu mənimsəyən bir SW modeli olan 100 Seriyasının davamçısı. Platforma daha çox sərtlik, davamlılıq, toqquşma təhlükəsizliyi və daxili rahatlıq əldə etmək üçün yenidən dizayn edilmişdir.