Azərbaycanda şöbə müdiri koronavirusdan vəfat etdi

11:30 13-09-2021 13

Bakıda şöbə müdiri koronavirusdan vəfat edib.

milletinsesi.info xəbər verir ki, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri, 70 yaşlı həkim Elbrus Əlili bir müddət əvvəl koronavirusa yoluxub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Məlumatı milletinsesi.info-a xəstəxanadan təsdiq ediblər. Bildiriblər ki, o, pandemiya dövründə koronavirusla mübarizədə yaxından iştirak edib.

Könül Cəfərli