Cahit Bağcı Əliağa Vahidin heykəli ilə bağlı: “Dünyada gördüyüm ən maraqlı heykəldir” - FOTO

11:25 13-09-2021 11

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Əliağa Vahidin İçərişəhərdəki heykəli ilə bağlı maraqlı paylaşım edib.

milletinsesi.info xəbər verir ki, səfir heykəlin unikallığına diqqət çəkib:

“Dünyada gördüyüm ən maraqlı heykəldir. Şair və sənətkar Əliağa Vahidin həyat hekayəsi heykəlinin üzərində təsvir edilib”.

Qeyd edək ki, Əliağa Vahidin heykəli 1989-cu ildə hazırlanıb. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov, memarı isə Sənan Salamzadədir.

Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanıb.