14 yaşlı qız güclü qasırğanın qopardığı damın altında qaldı - FOTO/VİDEO

05:30 23-07-2021 11

14 yaşlı qız güclü qasırğanın qopardığı damın altında qalıb.

“Lenta dna” “Telegram” kanalı bununla bağlı görüntülər yayıb.

Kadrlardan görünür ki, qız mağazanın yanından keçərkən güclü külək damı qopardır və yerə çırpır. Uşaq onun altından xilas ola bilmir.

Hazırda onun ağır travmalarla xəstəxanaya yerləşdirildiyi bildirilir.