Ronaldu “Mançester Siti”nin radarında

01:50 23-07-2021 12

“Yuventus”un ulduz futbolçusu Kristianu Ronaldu “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Bu barədə “Spor Arena” yazıb.

Klubla futbolçunun adının birgə hallanması “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın bir neçə ay əvvəl verdiyi müsahibə zamanı Ronaldu kimi ulduzu komandasında görmək istəməsi fikrini xatırladıb.

Həmin vaxt bu transferin qarşısındakı ən böyük əngəl kimi Ronaldunun “Mançester Yunayted” keçmişi göstərilmişdi.