ABŞ ilin sonunadək İraqadan qoşunlarının çıxarılmasını razılaşdıracaq

01:40 23-07-2021 15

ABŞ bu ilin sonunadək İraqadan qoşunlarının çıxarılmasını yerli hökumətlə razılaşdırmaq niyyətindədir.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

“İraq və ABŞ-ın yüksək vəzifəli şəxsləri ölkədəki Amerika hərbçilərinin ilin sonunadək çıxarılmasına çağırış edən bəyanat dərc etmək niyyətindədirlər”, - deyə nəşrin yaydığı xəbərdə bildirlir.

Bununla yanaşı, bəyanatda ABŞ qoşunlarının İŞİD-lə mübarizədə İraq hökumət qüvvələrinə dəstək üçün bir müddət ölkədə qalmasının vacibliyinin vurğulanacağı da qeyd olunur.