Konfrans Liqası: “Qarabağ” İsrail klubu ilə heç-heçə etdi

23:15 22-07-2021 11

“Qarabağ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda İsrailin “Aşdod” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü iyulun 29-da İsraildə olacaq.