Göygöldə qəza: Avtomobil iki yerə bölündü, yaralılar var

20:45 22-07-2021 11

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

“Report”xəbər verir ki, “NİVA” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, zərbənin gücündən “VAZ-2106” markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırmalara başlanılıb.