“Taliban” Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət etdiyini açıqladı

18:45 22-07-2021 12

“Taliban” Əfqanıstan sərhədlərinin 90 faizinin nəzarəti altında olduğunu açıqlayıb.

Bu barədə “RİA Novosti” “Taliban”ın təmsilçisi Zabiulla Mücahidə istinadən məlumat yayıb.

“Əfqanıstanın Tacikistan, Özbəkistan, Türkmənistan, İranla sərhədləri – təxminən 90 faiz bizim nəzarətimizdədir”, - deyə o bildirib.