Rusiyada koronavirusun “Qamma” variantı yayıldı

17:40 22-07-2021 11

Rusiyada koronavirus infeksiyasının “Delta” kimi daha yoluxucu olan “Qamma” variantı yayılıb.

Bu barədə “İnterfax” “Vekor” elmi mərkəzinə istinadən məlumat yayıb.

“Rusiya Federasiyası ərazisində “Delta” variantı geniş yayılıb və “Qamma” variantı da aşkarlanıb”, - deyə mərkəzdən bildirilib.

Qeyd olunur ki, “Qamma” və “Delta” daha çox yoluxucu olduğundan və anticisimlərin təsirini azalda bildiyindən “narahatlıq doğuran” kateqoriyasına aid edilib.