Uşaq bağçasının qarşısında qətlə yetirilmiş qadın meyiti aşkarlandı

16:20 22-07-2021 9

Sabirabadda qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.

Belə ki, rayonun Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızı naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

Onun meyiti uşaq bağçalarından birinin qarşısında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.