“Azerbaijan Fish Farm” kampaniyaya start verdi: Balıqyetişdirmə mütəxəssislərinə müjdə - FOTO

13:45 22-07-2021 10

Alabalıq və Xəzər qızılbalığının yetişdirilməsində müasir texnologiyaların tətbiqini həyata keçirən “Azerbaijan Fish Farm” şirkəti balıqyetişdirmə mütəxəssislərinin yetişdirmə materialları ilə təmin edilməsi üzrə kampaniyaya start verib.

Şirkət təbii şəraitdə ən müasir balıq yetişdirmə texnologiyalarını - xüsusi yerlərdə yetişdirmə sistemləri, təkrar su təchizatı sistemləri olan axar sulu hovuzlar, qapalı su dövranı sistemləri tətbiq edir ki, bütün bu yeniliklər “Azerbaijan Fish Farm”a Zaqatala və Qəbələ rayonlarında yerləşən su məhsulları yetişdirmə təsərrüfatlarında alabalıq və Xəzər qızılbalığının yetişdirilməsi hesabına Azərbaycan bazarında misilsiz nəticələr əldə etməyə imkan verir.

Qeyd edək ki, “Azerbaijan Fish Farm” şirkəti bu sahədə çox yüksək qiymətləndirilən əlvan, kəhrəba alabalığın və yox olma təhlükəsi altında olan unikal Xəzər qızılbalığının yetişdirilməsini uğurla həyata keçirir. Xüsusilə qeyd etmək lazımdır ki, indiyədək şirkət tərəfindən 750 min kürüdən yeni çıxan körpə alabalıq əldə edilmişdir. Onların bir qismi yerli balıqyetişdirmə mütəxəssislərinin tələbatının təmin edilməsinə yönəldiləcək. Bundan başqa, göllərə və çaylara buraxılması üçün “Azerbaijan Fish Farm” tərəfindən 100 minədək kürüdən yeni çıxan körpə çay alabalıq ayrılıb. Bununla, həm təbiətin qorunması, həm də bioloji müxtəlifliyin dəstəklənməsi həyata keçirilir.

Hazırda kənd təsərrüfatı dövlət tərəfindən prioritet sahə elan olunur. “Azerbaijan Fish Farm” şirkəti də ölkə üçün böyük əhəmiyyət kəsb edən bu sahənin inkişaf etdirilməsi üçün məqsədyönlü fəaliyyət göstərməklə əlindən gələni edir və bununla da, ölkə iqtisadiyyatının qeyri-neft sektoru hesabına inkişafının stimullaşdırılmasına öz töhfəsini verir.

“Azerbaijan Fish Farm” şirkəti yerli balıqyetişdirmə mütəxəssislərinin/fermerlərininin dəstəklənməsi üzrə genişmiqyaslı kampaniyaya start verib. Yuxarıda da qeyd edildiyi kimi şirkət onları yetişdirmə materialı ilə (kürüdən yeni çıxan körpə əlvan alabalıqlarla) təmin edir. Bu layihə Azərbaycanda kənd təsərrüfatının inkişafının və yerli balıqyetişdirmə mütəxəssislərinin ərsəyə gətirdikləri məhsulların rəqabətədavamlılığının vacib rol oynadığını bir daha sübut edir.

Layihədə iştirak etməkdə maraqlı olan balıqyetişdirmə mütəxəssisləri / fermerləri aşağıdakı nömrələrə müraciət edə bilərlər:

- Zaqatala yetişdirmə təsərrüfatı: +99451-206-25-30

- Qəbələ yetişdirmə təsərrüfatı: +99451-207-48-82

E-poçt ünvanı - [email protected]