Afinada xəstəxanaya yerləşdirilən Namiq Ələsgərov əməliyyat olunacaq

12:45 22-07-2021 14

Millimizin və “Neftçi”nin futbolçusu Namiq Ələsgərov əməliyyat olunacaq.

Bu barədə milletinsesi.info-a “Neftçi”nin Media, Marketinq və İcitmaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev bildirib.

O, Afinada xəstəxanada qalan futbolçunun səhhətinin yaxşı olduğunu desə də, bir həftə sonra Bakıdakı matçda oynamayacağını vurğulayıb:

“Namiq hazırda xəstəxanadadır, müayinə olunur. Müayinəsi bitdikdən sonra bu barədə tam ətraflı məlumat verəcəyik. İlkin müayinənin nəticəsinə əsasən, əməliyyat olunacaq. Belə olan halda, çətin ki, oynaya bilsin”.

Qeyd edək ki, Namiq Ələsgərov dünən Çempionlar Liqasının “Olimpiakos”la Afinada keçirilən matçında rəqibin qvineyalı futbolçusu Madi Kamara tərəfindən ciddi zədə alıb və nəticədə idmançının burnundan qan gəlib. O, 45-ci dəqiqədə digər hücumçu Mirabdulla Abbasovla əvəzlənib.

Səbuhi Musayev