Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Məşğulluq marafonu”na qoşuldu - VİDEO

12:25 22-07-2021 17

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən​ Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə​ başladılan “Məşğulluq marafonu”na qoşulub.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin naziri Rəşad Nəbiyev öz sosial şəbəkə hesabında videomüraciət yayıb.

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” - deyə o qeyd edib.

Həmin videonu təqdim edirik: