İlham Həşimov: “Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq”

11:10 22-07-2021 8

“Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi təkcə Xətai Rayon İcra Hakimiyyətinə deyil, bütün icra hakimiyyətlərinə tapşırılmışdı”.

milletinsesi.info-ın məlumatına görə, Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun adına yaradılan parkın açılış mərasimində qardaşı İlham Həşimov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs ilk olaraq Xətai İcra Hakimiyyəti tərəfindən olub:

“Bunu ilk olaraq gerçəkləşdirmək elə Polad Həşimovun yolunu davam etdirmək deməkdir. Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq”.

O qeyd edib ki, Polad Həşimovun və digər şəhidlərin burada xatirə lövhəsinin olması hər gün parkı ziyarət edən uşaqların yaddaşına həkk olunacaq.

İlhamə Əbülfət