Polad Həşimov parkının açılışı oldu - FOTOREPORTAJ

10:30 22-07-2021 9

Polad Həşimov parkının açılış mərasimi keçirilib. 

Bu gün Bakının Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adına yaradılan parkın açılışı olub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, qazilər və digər qonaqlar iştirak edib.

İlhamə Əbülfət
FOTO: Tapdıq Abdullayev