Şabranda restoran sahibi cərimələnib - FOTO

10:10 22-07-2021 8

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Yaşıl tac” şadlıq sarayında karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan 190 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bu barədə milletinsesi.info-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan şadlıq evində qanunvericiliyin tələblərinə müvafiq olaraq obyektin sahibi Bəybala Allahyarov barəsində inzibati protokol tərtib edib və baxılması üçün məhkəməyə göndərilib.